​"Neftçi" xorvatiyalı qapıçını transfer edib

​"Neftçi" xorvatiyalı qapıçını transfer edib Krşevan Santini ilə müqavilə bağlanıb
Futbol
23 İyun , 2016 19:14
​Neftçi xorvatiyalı qapıçını transfer edib

Bakı. 23 iyun. REPORT.AZ/ "Neftçi” klubu heyətini daha bir legionerlə gücləndirib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda xorvatiyalı qapıçı Krşevan Santini ilə müqavilə bağlayıb.

Qeyd edək ki, peşəkar karyerasına Xorvatiyanın "Zadar” klubunda başlamış qapıçı daha sonra "Seqesta”, "Moslavina”, "İnter” (Zapreşiç) kimi klubların formasını geyinib. 2013-2015-cı illərdə Ukraynada legioner həyatı yaşamış qapıçı "Zarya” klubunun şərəfini qoruyub. Krşevan Santini son olaraq Kiprin "Enosis” klubunda çıxış edib.

Son xəbərlər

Orphus sistemi