Ermənilər azərbaycanlı sabiq futbolçunu qətlə yetirib - FOTO

Ermənilər azərbaycanlı sabiq futbolçunu qətlə yetirib - FOTO Emil Hüseynovun cənazəsi Gəncədə torpağa tapşırılacaq
Futbol
20 Aprel , 2015 11:56
Ermənilər azərbaycanlı sabiq futbolçunu qətlə yetirib - FOTO

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanlı sabiq futbolçu Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilib. "Report"un əldə etdiyi məlumata görə, E.Hüseynov Rusiyanın Yekaterinburq şəhərində ermənilərlə dava zamanı bıçaqlanıb. 

Hadisə dünən baş verib. Mərhumun cənazəsi Gəncə şəhərində torpağa tapşırılacaq.

Qeyd edək ki, Emil Hüseynov futbolçu karyerası ərzində "Neftçi" və artıq fəaliyyətini dayandırmış "Karvan" və "Abşeron" komandalarının formasını geyinib. O, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edib. "Abşeron"un da 2011-ci ildə dağılmasından sonra E.Hüseynov futbolla vidalaşaraq, Rusiyaya işləməyə yollanıb və bazarda alverlə məşğul olub. O, 28 yaşında ikən dünasını dəyişib. 

Son xəbərlər

Orphus sistemi