​“Neftçi”nin sabiq futbolçusu vəfat edib

​“Neftçi”nin sabiq futbolçusu vəfat edib Telman Əzizov 63 yaşında ikən dünyasını dəyişib
Futbol
27 May , 2015 12:12
​“Neftçi”nin sabiq futbolçusu vəfat edib

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycan futboluna itki üz verib. "Report"un məlumatına görə, “Neftçi” klubunun sabiq futbolçusu Telman Əzizov 63 yaşında ikən dünyasını dəyişib. 

O, ürək tutmasından keçinib. Mərhum bu gün Binəqədi qəbiristanlığında dəfn olunacaq. 

1952-ci ildə anadan olan Telman Əzizov 1973-1977-ci illər ərzində “Neftçi”nin heyətində 35 oyun keçirib, 1 qol vurub. O, dünyasını dəyişənədək AFFA nümayəndəsi kimi oyunlara təyinat alıb. 

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi