"Neftçi" növbəti matçına qara sarğı ilə çıxacaq

"Neftçi" növbəti matçına qara sarğı ilə çıxacaq Çinin “Quyçjou Rehne" klubu ilə oyundan öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
Futbol
19 Yanvar , 2015 13:43
Neftçi növbəti matçına qara sarğı ilə çıxacaq

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın “Neftçi” klubunun futbolçuları 20 Yanvar şəhidlərinin xatirəsini Türkiyənin Antalya bölgəsində anacaq. "Report"un məlumatına görə, anım tədbiri "ağ-qaralar"ın Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində Çinin “Quyçjou Rehne" klubu ilə yoxlama oyununa təsadüf edəcək. 

Sabah Bakı vaxtı ilə saat 19:00-da başlanacaq qarşılaşmadan öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Bundan başqa, "Neftçi"nin futbolçuları oyuna qara sarğı ilə çıxacaqlar.

Qeyd edək ki, bu, flaqmanın Antalya toplanışı çərçivəsində 3-cü yoxlama matçı olacaq. 

Son xəbərlər

Orphus sistemi