"Neftçi"nin sabiq futbolçusu İranın "Traktorsazi" klubu ilə müqavilə bağlayıb

"Neftçi"nin sabiq futbolçusu İranın "Traktorsazi" klubu ilə müqavilə bağlayıb Karlos Kardozo yeni komandası ilə birgə Türkiyəyə yollanacaq
Futbol
13 İyul , 2015 17:27
Neftçinin sabiq futbolçusu İranın Traktorsazi klubu ilə müqavilə bağlayıb

Bakı. 13 iyul. REPORT.AZ/ "Neftçi" komandasının sabiq futbolçusu Karlos Kardozo İranın "Traktorsazi" klubu ilə müqavilə bağlayıb. "Report"un "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, artıq 31 yaşlı müdafiəçi Cənubi Azərbaycan təmsilçisinin heyətində ilk məşqə çıxıb.

O, "qırmızılar"ın yay transfer dövründə anlaşdığı ilk legioner olub. Kardozo yeni komandası ilə birgə iyulun 14-də səhər saatlarında Türkiyəyə 10 günlük təlim-məşq toplanışına yollanacaq. Hazırlıq prosesi çərçivəsində "Traktorsazi" 2 yoxlama matçı keçirəcək.

Qeyd edək ki, Karlos Kardozo "Neftçi"də 2013-cü ilin yayından çıxış edib. O, iki mövsümə 51 oyunda 4 qol vurub. 

Son xəbərlər

Orphus sistemi