"Neftçi"nin sabiq baş məşqçisi Qazaxıstan millisindən imtina edib

"Neftçi"nin sabiq baş məşqçisi Qazaxıstan millisindən imtina edib 57 yaşlı mütəxəssis hədəfi olmayan komandada çalışmaq istəmir
Futbol
24 Fevral , 2016 09:48
Neftçinin sabiq baş məşqçisi Qazaxıstan millisindən imtina edib

Bakı. 24 fevral. REPORT.AZ/ "Neftçi" futbol komandasının sabiq baş məşqçisi Anatoli Demyanenko Qazaxıstan millisində iş təklifini qəbul etməyib. "Report"un məlumatına görə, bu barədə 57 yaşlı mütəxəssisin özü "Sport Ekspress"ə müsahibəsində deyib.

Ukraynalı baş məşqçi qarşısına ciddi məqsəd qoyulmadığı üçün təklifi qəbul etmədiyini söyləyib: "Əlbəttə, iş üçün darıxmışam. Futbol mənim həyatımdır və onsuz özümü təsəvvür edə bilmirəm. Qazaxıstanda işləmək təklif olundu, ancaq onların hədəfi yoxdur. Hədəfsiz komandada necə işləmək olar? Bu, iş deyil, mövcudluqdur. Ora getməyin nə mənası var?"

A.Demyanenko ciddi hədəfin olmasının zəruriliyini bildirib: "Maraqlanan klublar var. Mənim üçün ciddi hədəf olmalıdır. Məsələn, çempionluq titulu və ya mükafatçılar sırasını düşüb avrokuboklara vəsiqə qazanmaq. Qarşında belə tapşırıq olanda, işləmək üçün stimul yaranır".

Qazaxıstan yığması martın 26-da Azərbaycan millisi ilə Türkiyənin Antalya bölgəsində yoldaşlıq görüşü keçirəcək. 

Qeyd edək ki, Anatoli Demyanenko 2008-ci ildə Bakının "Neftçi" klubunda çalışıb. Yanvarın 4-də baş məşqçi postuna təyin olunan ukraynalı mütəxəssis avqustda komandadan göndərilib.

Son xəbərlər

Orphus sistemi