"Neftçi"nin qapıçısı Almaniya klubu ilə müqavilə bağlayıb

"Neftçi"nin qapıçısı Almaniya klubu ilə müqavilə bağlayıb Emil Balayev "Ayntraxt"la uzun müddətə anlaşıb
Futbol
13 Dekabr , 2014 13:30
Neftçinin qapıçısı Almaniya klubu ilə müqavilə bağlayıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Almaniyanın "Ayntraxt" klubu "Neftçi" komandasının qapıçısı Emil Balayevlə müqavilə imzalayıb. "Report"un məlumatına görə, Balayev Frankfurt komandasının düşərgəsində baxışdan uğurla keçib. 

Ötən gün Bakıya qayıdan 20 yaşlı qolkiper gələn ay "Ayntraxt"ın sıralarına qoşulacaq. Onunla uzunmüddətli anlaşma əldə olunub. Gənc qapıçı icarə yox, tamhüquqlu müqavilə əsasında Frankfurt klubuna məxsus olacaq. 

Qeyd edək ki, "Ayntraxt" klubu Almaniya Bundesliqasında çıxış edir. Hazırda komanda 15 turdan sonra 21 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi