Əsgər Abdullayev ​"Neftçi"nin Müşahidə Şurasından ayrılıb

Əsgər Abdullayev ​"Neftçi"nin Müşahidə Şurasından ayrılıb "İki yerdə işləmək düzgün deyil"
Futbol
15 Mart , 2016 12:07
Əsgər Abdullayev ​Neftçinin Müşahidə Şurasından ayrılıb

Bakı. 15 mart. REPORT.AZ/ Əsgər Abdullayev "Neftçi" futbol klubunun Müşahidə Şurası üzvlüyündən ayrılıb. Bu barədə "Report"a 53 yaşlı mütəxəssisin özü məlumat verib.

Ə.Abdullayev buna "Turan Tovuz"a baş məşqçi təyin olunmasını səbəb göstərib. O, eyni vaxtda iki yerdə işləməyin düzgün olmadığını bildirib.

Qeyd edək ki, Əsgər Abdullayev ötən ilin oktyabrında "Neftçi"nin Müşahidə Şurasının üzvü təyin olunub. 

Son xəbərlər

Orphus sistemi