"Neftçi"nin keçmiş futbolçusu Portuqaliyanın yüksək liqa klubu ilə müqavilə bağlayıb

"Neftçi"nin keçmiş futbolçusu Portuqaliyanın yüksək liqa klubu ilə müqavilə bağlayıb "Yeni komandamla ötən mövsüm çox yaxın olduğu Avropa Liqasına vəsiqə qazanmaq üçün kömək edəcəyəm"
Futbol
25 İyul , 2016 09:58
Neftçinin keçmiş futbolçusu Portuqaliyanın yüksək liqa klubu ilə müqavilə bağlayıb

Bakı. 25 iyul. REPORT.AZ/ "Neftçi"nin keçmiş futbolçusu Aylton Ferreyra Silva Portuqaliyanın "Eştoril" klubuna keçib. "Report"un məlumatına görə, 21 yaşlı sol cinah oyunçusu Braziliya "Flüminense"sindən ilə 1 illik icarəyə götürülüb.

Braziliyalı müdafiəçi karyerasında ikinci dəfə legioner həyatı yaşayacaq. O, ötən mövsümü "Neftçi"də icarədə olub. 

Aylton Praya təmsilçisinin rəsmi saytına açıqlamasında yeni komandasına Avropa Liqasına vəsiqə qazanmağa yardımçı olacağını bildirib: "Burada çox yaxşı qarşılandım. "Eştoril"də yaxşı işlər görəcəyimizə ümidvaram. Özümü sürətli, fiziki cəhətdən güclü oyunçu sayır və hücumlara atılmağı sevirəm. Yeni komandama ötən mövsüm çox yaxın olduğu Avropa Liqasına vəsiqə qazanmaq üçün kömək edəcəyəm".

Qeyd edək ki, "Eştoril" Portuqaliya yüksək divizionunu 8-ci pillədə başa vurub.  

Son xəbərlər

Orphus sistemi