"Neftçi"nin kapitanı əməliyyatdan sonra məşqlərə başlayıb

"Neftçi"nin kapitanı əməliyyatdan sonra məşqlərə başlayıb Araz Abdullayev komanda ilə məşq edir
Futbol
24 İyul , 2015 13:38
Neftçinin kapitanı əməliyyatdan sonra məşqlərə başlayıb

Bakı. 24 iyul. REPORT.AZ/ “Neftçi” futbol klubunun kapitanı Araz Abdullayev komanda ilə məşqlərə başlayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost”la cavab oyunundan sonra baldır damarlarındakı genişlənmə səbəbindən mikroəməliyyat olunmuşdu. 

Buna görə də o, "ağ-qaralar"ın Bakıdakı məşqlərinə qatıla bilməmişdi. Artıq futbolçu bir neçə gündür ki, tam sağalıb və komanda ilə birlikdə məşqlərə başlayıb.

Qeyd edək ki, Araz Abdullayev zədə səbəbindən bir müddət hazırlıqdan kənarda qaldığı üçün ötən gün “Alanyaspor”la keçirilmiş qarşılaşmada meydana çıxmayıb. Qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə nəticələnib. 

Son xəbərlər

Orphus sistemi