​"Neftçi"nin futbolçusu üçün mövsüm başa çatıb

​"Neftçi"nin futbolçusu üçün mövsüm başa çatıb Futbolçu zədə səbəbindən meydana çıxmayacaq
Futbol
12 Aprel , 2016 14:18
​Neftçinin futbolçusu üçün mövsüm başa çatıb

Bakı. 12 aprel. REPORT.AZ/ "Neftçi" klubu bir futbolçusunun xidmətindən məhrum olub. Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Kamran Nəcəfzadə zədə səbəbindən mövsüm sonunadək meydana çıxmayacaq.

Qış fasiləsində keçirilmiş "CBC Sport Kuboku"nda zədələnən yarımmüdafiəçi hələ də bərpa olunmayıb. Həkimlər 19 yaşlı futbolçunun qarşıdakı 7 turda meydana çıxmayacağını bildiriblər.

Komanda baş məşqçi Vəli Qasımovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasının XXX turunda "Qarabağ"la evdə keçiriləcək oyunun hazırlıqlarına bu gündən start verib. Məşqlər klubun təlim-məşq bazasında keçirilir.

Qeyd edək ki, aprelin 16-da "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu saat 16:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi