"Neftçi"nin futbolçusu Türkiyədə əməliyyat olunub

"Neftçi"nin futbolçusu Türkiyədə əməliyyat olunub Məqsəd İsayev 10 gündən sonra məşqlərə başlayacaq
Futbol
27 Noyabr , 2015 16:15
Neftçinin futbolçusu Türkiyədə əməliyyat olunub

Bakı. 27 noyabr. REPORT.AZ/ “Neftçi” klubunun futbolçusu Məqsəd İsayev əməliyyat olunub. "Report"un məlumatına görə, tibbi müdaxilə Türkiyənin paytaxtı Ankaradakı “Acıbadem” xəstəxanasında baş tutub.

O, sağ diz nahiyəsindən əməliyyat olunub. Əməliyyatı uğurla keçmiş 21 yaşlı müdafiəçi həkimlərin nəzarəti altında müalicəsini davam etdirəcək. İsayevin 10 gündən sonra məşqlərə başlayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi