"Neftçi"nin futbolçusu: "Bütün komandanın günahı var"

"Neftçi"nin futbolçusu: "Bütün komandanın günahı var" "Qarşıda görüləsi çox işlərimiz var"
Futbol
19 Sentyabr , 2016 11:43
Neftçinin futbolçusu: Bütün komandanın günahı var

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Fikrimcə, gözəl oyun göstərdik. Topa biz daha çox nəzarət edirdik. "Qəbələ”yə acı məğlubiyyətdən sonra toparlanıb belə oyun göstərməyi hər komanda bacarmaz". 

"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Cavid İmamverdiyev klub saytına açıqlamasında Azərbaycan Premyer Liqasının V turunda "İnter"ə 1:2 hesabı ilə uduzduqları oyun haqda danışarkən deyib.

26 yaşlı yarımmüdafiəçinin fikrincə, komandası qələbəyə layiq idi: "Düşünürəm ki, qələbəyə biz layiq idik. Sadəcə, son dəqiqələrdə müdafiədə boşluq buraxmaqla, oyunu əldən verdik. Hesab 1:1 olanda qol vurmaq üçün irəli atıldıq, amma qapımızda ikinci qolu gördük. Məqsəd İsayev rəqib futbolçunu görmədi. Ümumiyyətlə, bu, futboldur. Təkcə Məqsədi günahlandırmaq düzgün deyil, bütün komandanın günahı var. Çatışmayan cəhətlərimiz çoxdur. Bunlar üzərində çalışmaq lazımdır. Qarşıda görüləsi çox işlərimiz var. Bununla bağlı baş məşqçi də gəldiyi gündən bizimlə danışır. "Neftçi”nin adına layiq, yəni, bundan yüksək oyun göstərməyə çalışacağıq".

Qeyd edək ki, "Neftçi" V turdan sonra 3 xalla turnir cədvəlinin 7-ci pilləsindədir.

Son xəbərlər

Orphus sistemi