Bakı. 25 oktyabr. REPORT.AZ/ "Neftçi"nin futbolçusu Katalin Tira komandadan qovulacaq.
"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Elxan Abdullayev məlumat verib.
O, bildirib ki, futbolçunun Premyer Liqanın IX turunda "Qarabağ"la qarşılaşmanın son dəqiqələrində meydana daxil olan azarkeşi vurması yolverilməzdir:
"Bu səbəbdən Tira "Neftçi"də olmayacaq".