​"Neftçi"nin baş məşqçisi: “Rəhbərliklə görüşüb, istefa ərizəmi yazacağam”

​"Neftçi"nin baş məşqçisi: “Rəhbərliklə görüşüb, istefa ərizəmi yazacağam” Samir Əliyev məğlubiyyətlərdə bütün məsuliyyəti öz üzərinə götürüb
Futbol
17 Oktyabr , 2015 18:59
​Neftçinin baş məşqçisi: “Rəhbərliklə görüşüb, istefa ərizəmi yazacağam”

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Ardıcıl iki məğlubiyyətdən sonra rəhbərliklə görüşüb, istefa ərizəmi yazacağam. Fikrim qətidir".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Əliyev "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra deyib.

O bildirib ki, "Neftçi” hazırda qərarlaşdığı 6-cı pilləyə layiq deyil. Əliyev məğlubiyyətlərdə bütün məsuliyyəti öz üzərinə götürüb:

"Məğlubiyyətə görə hər hansı bir bəhanə gətirmək istəmirəm. Problemlər fonunda komanda pis oynamadı. 75-ci dəqiqədən sonra öz qapımızda oturmağa məcbur olduq. Rəqib əvəzetmələrlə oyunu gücləndirdi. Bilirdik ki, rəqib standart vəziyyətlərdə yaxşı oynayır. Biz də qolu məhz standart vəziyyətdən buraxdıq. Hazırda mənim istədiyim iki eynigüclü heyət yoxdur. Gənclərimiz çoxdur, zədəlilərimiz var. Amma bütün məsuliyyət mənim boynumdadır".

Qeyd edək ki, 8 turdan sonra "Neftçi" 9 xalla 6-cı pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi