​"Neftçi"nin baş məşqçi postu Vəli Qasımova həvalə olunub

​"Neftçi"nin baş məşqçi postu Vəli Qasımova həvalə olunub Klub rəhbərliyi baş məşqçi Əsgər Abdullayevin istefasını qəbul edib
Futbol
6 Mart , 2016 11:30
​Neftçinin baş məşqçi postu Vəli Qasımova həvalə olunub

Bakı. 6 mart. REPORT.AZ/ "Neftçi" futbol klubunun rəhbərliyi baş məşqçi Əsgər Abdullayevin istefasını qəbul edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssisin istəyi müsbət cavablandırılıb.

Əsas komandada baş məşqçi vəzifəsi müvəqqəti olaraq idman direktoru Vəli Qasımova həvalə olunub. 47 yaşlı mütəxəssis komandanı martın 9-da "Xəzər Lənkəran"la ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununa çıxaracaq.

Qeyd edək ki, Əsgər Abdullayev martın 5-də "Qəbələ"yə evdə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının oyunundan sonra mətbuat konfransında istefa verdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi