"Neftçi" mərc oyunlarında pul qoyan məşqçisini yenisi ilə əvəzləyib

"Neftçi" mərc oyunlarında pul qoyan məşqçisini yenisi ilə əvəzləyib Hüseyn Məhəmmədovla xidməti müqaviləyə xitam verilib
Futbol
18 Yanvar , 2016 15:31
Neftçi mərc oyunlarında pul qoyan məşqçisini yenisi ilə əvəzləyib

Bakı. 18 yanvar. REPORT.AZ/ "Neftçi" klubunun Futbol Akademiyasının qapıçılar üzrə məşqçisi vəzifəsində dəyişiklik edilib. Klubdan "Report"a verilən məlumata görə, Hüseyn Məhəmmədovla ötən il iyunun 1-də bağlanmış xidməti müqaviləyə xitam verilib.

Buna sabiq qapıçının mərc oyunlarında iştirakı səbəb olub. Tərəflər arasında bağlanılmış müqavilədə klubdaxili qaydalara əsasən mərc oyunlarında iştirak etməmək haqda bənd yer alıb. Məşqçi bunu nəzərə almadan oyunlara pul qoyuluşu edib. Fakt təsdiqini tapan kimi H.Məhəmmədovla yollar ayrılıb. Bununla əlaqədar keçmiş qolkiper kluba çağırılıb və ona məlumat verilib.

Həmin vəzifəyə Emil Babayev təyin olunub. E.Babayev əvvəllər Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması, "Neftçi", "Rəvan" və "Simurq"da qapıçılarla işləyən məşqçi kimi fəaliyyət göstərib. 

Qeyd edək ki, Hüseyn Məhəmmədovla müqaviləyə yanvarın 4-də xitam verilib. 

Son xəbərlər

Orphus sistemi