​Neftçi klubunun Müşahidə Şurasının iclası keçirilib

​Neftçi klubunun Müşahidə Şurasının iclası keçirilib iclasda klubun futbol akademiyası və əsas komandasının 2015/2016-cı illər mövsümündəki fəaliyyəti əsas müzakirə mövzusu olub
Futbol
28 May , 2016 19:25
​Neftçi klubunun Müşahidə Şurasının iclası keçirilib

Bakı. 28 may. REPORT.AZ/ "Neftçi” PFK-nın inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib. “Report”un məlumatına görə, iclasda klubun futbol akademiyası və əsas komandasının 2015/2016-cı illər mövsümündəki fəaliyyəti əsas müzakirə mövzusu olub.

Mövsümün yekunlarına əsasən "Neftçi” PFK-nın Futbol Akademiyasının fəaliyyəti qənaətbəxş hesab edilib.

Əsas komandanın qarşıya qoyulan məqsədlərə (UEFA Avropa Liqasına və ölkə kubokunun finalına vəsiqə qazanmaq) çatması üçün görülən işlər qənaətbəxş hesab edilib.

İclasda əsas komandanın Avropa Liqasına və yeni mövsümə hazırlıq planı da təsdiqlənib.

Hazırlıq planına əsasən "Neftçi” PFK-nın əsas komandası iyun ayının 14-15-i tarixlərində Türkiyəyə yola düşəcək. Komandanın hazırlıq keçdiyi tarixlərdə UEFA Avropa Liqasının ilk mərhələsinin püşkatma mərasimi təşkil olunacaq.

"Neftçi” PFK-nın təlim-məşq toplanışının nə zaman yekunlaşacağına püşkatmanın nəticələrinin bəlli olmasından sonra aydınlıq gələcək.

Son xəbərlər

Orphus sistemi