​"Neftçi" klubunun hazırlıq prosesinə braziliyalı futbolçu cəlb olunub

​"Neftçi" klubunun hazırlıq prosesinə braziliyalı futbolçu cəlb olunub Jairo Rodriges Filyo komandanın səhər məşqində iştirak edib
Futbol
8 Sentyabr , 2015 12:42
​Neftçi klubunun hazırlıq prosesinə braziliyalı futbolçu cəlb olunub

Bakı. 8 sentyabr. REPORT.AZ/ Braziliyalı futbolçu Jairo Rodriges Filyo "Neftçi" komandasının düşərgəsinə qoşulub. "Report"un klub saytına istinadən verdiyi məlumata görə, 23 yaşlı müdafiəçi dünən axşam saatlarında Bakıya gəlib.

Müdafiəçi bu gün paytaxt təmsilçisinin səhər məşqində iştirak edib. Məşqçilər heyətinin müsbət rəy verəcəyi təqdirdə, "Neftçi" futbolçu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, 31 dekabr 1992-ci ildə Braziliyada doğulmuş Jairo Rodriges Filyo bunadək yerli "Amerika" (2011-2012), Bolqarıstanın "Botev" (2012-2014) və Portuqaliyanın "Trofense" (2014-2015) klublarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi