​"Neftçi" klubunun ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib

​"Neftçi" klubunun ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib Komanda "Zirə"ni Masazırda qəbul edəcək
Futbol
11 Avqust , 2016 09:53
​Neftçi klubunun ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib

Bakı. 11 avqust. REPORT.AZ/ "Neftçi" klubunun müvəqqəti olaraq ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

"Report"un məlumatına görə, paytaxt təmsilçisi Premyer Liqanın II turunda "Zirə" ilə ev oyununu Masazır qəsəbəsində yerləşən "Əlincə" stadionunda keçirəcək.

Hələlik Peşəkar Futbol Liqası Premyer Liqanın təqvimini tam açıqlamadığından növbəti turlarla bağlı qərar verilməyib.

Qeyd edək ki, "Qəbələ" və "Neftçi" Avropa Liqasındakı ev oyunlarını "Bakcell Arena"da keçirdiyindən stadionda renovasiya işləri görülməyib. Hava şəraitinin isti keçməsi stadionda renovasiya işlərinin görülməsi zərurətini meydana çıxarıb. "Qəbələ" və "Neftçi" nümayəndələri avqustun 9-da arenanın ot örtüyünə baxış keçirərək burada oyunların keçirilməsini məqsədəuyğun hesab etməyiblər.

Son xəbərlər

Orphus sistemi