​"Neftçi" klubu braziliyalı legioneri ilə müqavilə müddətini artırıb

​"Neftçi" klubu braziliyalı legioneri ilə müqavilə müddətini artırıb Qapıçı Miçal Peskoviç isə komandanı tərk edib
Futbol
19 Yanvar , 2016 16:48
​Neftçi klubu braziliyalı legioneri ilə müqavilə müddətini artırıb

Bakı. 19 yanvar. REPORT.AZ/ "Neftçi" klubu futbolçusu Jairo Filyo Rodrigeslə müqavilə müddətini artırıb. Bu barədə "Report"a komandanın baş məşqçisi Əsgər Abdullayev məlumat verib.

Onun sözlərinə görə, 24 yaşlı braziliyalı yarımmüdafiəçi cari mövsümün sonunadək "ağ-qaralar"ın heyətində çıxış edəcək. Əvəzində Ə.Abdullayev hazırda vətəni Slovakiyada olan qapıçısı Miçal Peskoviçin komandadan göndərilmə ehtimalının böyük olduğunu bildirib: "Peskoviçlə söhbət etdik. O, qərar vermək üçün rəhbərlikdən bir neçə gün vaxt istədi. Ailə problemləri var. Hardasa bir-iki günə yekun qərarını bildirəcək və bu barədə ictimaiyyətə məlumat veriləcək". 

"CBC Sport Kuboku"nda III turun MOİK-lə oyununda "Neftçi"nin qapısını Aqil Məmmədov yox, əvəzedici heyətdən cəlb olunan Ruzi Qiyaslı qoruyub. Baş məşqçi heyətdə yerli qapıçılara şans verdiklərini söyləyib: "Üstəlik, Dmitri Kramarenko da qapıçı yetişdirir. Bunu gələcəkdə görəcəksiniz".

Qeyd edək ki, Miçal Peskoviçlə avqustda, Jairo Filyo Rodrigeslə isə sentyabrda 2015-ci ilin sonunadək müqavilə imzalanıb.

Son xəbərlər

Orphus sistemi