"Neftçi" klubu ispaniyalı hücumçu ilə müqavilə bağlayıb

"Neftçi" klubu ispaniyalı hücumçu ilə müqavilə bağlayıb Antonio Quinta: "Bu mənim üçün yeni təcrübədir"
Futbol
28 Avqust , 2015 18:25
Neftçi klubu ispaniyalı hücumçu ilə müqavilə bağlayıb

Bakı. 28 avqust. REPORT.AZ/ “Neftçi” klubu futbolçu Antonio Quinta (Anyete) ilə müqavilə imzalayıb. "Report"un məlumatına görə, ispaniyalı hücumçu 2015/2016 mövsümünün sonunadək "ağ-qara" forma geyinəcək. 

Quinta klubun rəsmi saytına açıqlamasında bu keçiddən çox xoşbəxt olduğunu bildirib: "Uzun danışıqlardan sonra artıq deyə bilərəm ki, “Neftçi”nin futbolçusu oldum və bununla qürur duyuram. Komanda ilə bağlı bəzi məlumatlarım var. Artıq bilirəm ki, böyük tarixə malik olan “Neftçi” ölkənin ən yaxşı komandalarından biridir. Harada olduğumu anlayıram. Bu mənim üçün yeni təcrübədir. Burada olduğum üçün qürur hissi keçirirəm. Azarkeşlərin komandada olmağımdan özlərini xoşbəxt hiss etmələri üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, “Real Sosyedad” klubunun (2004-2008) yetirməsi olan Antonio Quinta İspaniyanın “Koria” (2008-2009), “San Roke” (2009-2010), “Real Xaen” (2010-2011), “Seuta” (2011-2012), Yunanıstanın “Olimpiakos Volos” (2012-2013), “Niki Volos” (2013-2014) və Bolqarıstanın “Levski” (2014-2015) klublarında çıxış edib. Hücumçu son mövsümdə “Levski”nin heyətində 28 oyunda 14 qol vurub.

Son xəbərlər

Orphus sistemi