​"Neftçi" klubu Anatoli Bonişevskinin məzarını ziyarət edib

​"Neftçi" klubu Anatoli Bonişevskinin məzarını ziyarət edib Mərhumun ailə üzvləri də ziyarətdə olub
Futbol
10 Dekabr , 2015 17:54
​Neftçi klubu Anatoli Bonişevskinin məzarını ziyarət edib

Bakı. 10 dekabr. REPORT.AZ/ Bu gün "Neftçi"nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin ölümündən 18 il ötür. "Report"un məlumatına görə, klub rəhbərliyi, məşqçilər heyəti, futbolçular, veteran futbolçular Anatoli Banişevskinin ailə üzvləri ilə birlikdə mərhumun qəbrini ziyarət ediblər.

Ziyarət zamanı əfsanəvi futbolçunun ailə üzvləri və veteran futbolçular A.Banişevski haqqında xatirələrini bölüşüblər.

Qeyd edək ki, Anatoli Banişevski 1964 - 1978-ci illərdə “Neftçi”nin heyətində çıxış edib. 1966-cı ilin bütünc mükafatçısı karyerasının sonunadək sadiq qaldığı komandada 318 oyun keçirib, 136 qol vurub. 1965 - 1972-ci illərdə SSRİ yığma komandasının formasını geyinən “Banya” 1972-ci il Avropa çempionatının gümüş medalını qazanıb. 1981-1982-ci illərdə “Neftçi”nin məşqçisi olan Anatoli Banişevski 1996-cı ildə “Şöhrət ordeni” ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi