​"Neftçi" klubu 4 yeni futbolçu transfer edib

​"Neftçi" klubu 4 yeni futbolçu transfer edib Hazırda qapıçı mövqeyinə də transfer prosesi davam edir
Futbol
20 İyun , 2016 21:20
​Neftçi klubu 4 yeni futbolçu transfer edib

Bakı. 20 iyun. REPORT.AZ/ "Neftçi” klubu heyətini 4 yeni futbolçu ilə gücləndirib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, onlardan 3-ü legionerdir.

Müdafiəçisi Vançe Şikov Makedoniya yığma komandasının heyətində 49 oyuna 4 qol vurub. Buna qədər isə o, Makedoniyanın U-17, U-19 və U-21 yığma komandalarında forma geyinib. Son iki mövsümü "Austriya” (Avstriya) klubunda keçirən 31 yaşlı oyunçu 42 matçda meydana çıxıb. Bununla yanaşı, Şikov Yunanıstan və Ukraynada legioner həyatı yaşayıb.

22 yaşlı Edson Kastilyo əvvəllər ardıcıl olaraq, 17 və 21 yaşadək futbolçulardan ibarət Venesuela yığma komandasının heyətində çıxış edib. Kastilyo 2010 - 2016-cı illər ərzində Venesuelanın "Mineros” klubunun şərəfini qoruyub. Dayaq yarımmüdafiəçisi doğma komandasının heyətində 101 oyun keçirib.

Xorvatiyalı sol cinah müdafiəçisi Dario Melnyak Belçikanın "Lokeren” klubundan icarə əsasında transfer edilib. 22 yaşlı futbolçu 2011 - 2015-ci illər ərzində Xorvatiyanın "Zelina” və "Slaven” klublarının formasını geyinib.

Murad Ağayev isə artıq Azərbaycanın əsas yığma komandasına dəvət alır. O, daha öncə 19 yaşadək futbolçulardan ibarət millinin formasını geyinib. Azərbaycanda AZAL və "Sumqayıt” klublarında oynamış 23 yaşlı yarımmüdafiəçi 2006 - 2012-ci illərdə Rusiya klublarında çıxış edib.

Bununla yanaşı, hazırda qapıçı mövqeyinə də transfer prosesi davam edir. 

Son xəbərlər

Orphus sistemi