"Neftçi"nin kapitanı Flavinyo Azərbaycan Kubokunun finalında oynamayacaq

"Neftçi"nin kapitanı Flavinyo Azərbaycan Kubokunun finalında oynamayacaq Braziliyalı futbolçu vətəninə yollanıb
Futbol
30 May , 2015 15:28
Neftçinin kapitanı Flavinyo Azərbaycan Kubokunun finalında oynamayacaq

Bakı. 30 may. REPORT.AZ/ "Neftçi" klubunun kapitanı Flavinyo futbol üzrə Azərbaycan Kubokunun finalında "Qarabağ"la oyunu buraxacaq. "Report"un məlumatına görə, buna braziliyalı yarımmüdafiəçinin zədəli olması səbəb göstərilib.

Təcrübəli futbolçu Azərbaycan Premyer Liqasının XXIX turu çərçivəsində səfərdə "Xəzər Lənkəran"la keçirilmiş matçda zədələnib. O, müalicəsini vətənində davam etdirəcək. Bu gün Braziliyaya yola düşən Flavinyo "Neftçi"nin gələn ay Avstriyada keçirəcəyi təlim-məşq toplanışında komandanın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı iyunun 3-də Qəbələ şəhər stadionunda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi