"Neftçi" Emil Mpenzaya borcun ödənilmə məsələsində razılığa gəlib

"Neftçi" Emil Mpenzaya borcun ödənilmə məsələsində razılığa gəlib Borc hissə-hissə ödəniləcək
Futbol
12 Fevral , 2016 12:33
Neftçi Emil Mpenzaya borcun ödənilmə məsələsində razılığa gəlib

Bakı. 12 fevral. REPORT.AZ/ "Neftçi" klubu sabiq futbolçusu Emil Mpenzaya olan borcun ödənilmə məsələsində razılığa gəlib. Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, belçikalı sabiq hücumçu ilə danışıqlar müsbət nəticələnib. 

Bu gün borcun ödənilməsi ilə bağlı FİFA-nın qoyduğu müddət bitirdi. Gecə saatlarında isə Mpenza ona olan borcun hissə-hissə ödənilməsi ilə bağlı müqaviləyə qol çəkib.

Qeyd edək ki, "Neftçi"nin Emil Mpenzaya 1 milyon dollaradək borcu var. Beynəlxalq Arbitraj Məhkəməsi həmin borcun ödənilməsinə dair FİFA-nın qərarını qüvvədə saxlayıb. Borc ödənilməsə, klub Avrokuboklara vəsiqədən məhrum edilə bilər.  

Son xəbərlər

Orphus sistemi