"Neftçi" yeni ilə kubokla başlayıb

"Neftçi" yeni ilə kubokla başlayıb Flaqman CBC Sport Kubokunu qazanıb
Futbol
22 Yanvar , 2016 14:56
Neftçi yeni ilə kubokla başlayıb

Bakı. 22 yanvar. REPORT.AZ/ CBC Sport Kubokunun qalibi müəyyənləşib. "Report"un məlumatına görə, bu, "Neftçi" komandasıdır. 

Flaqman turnirin bitiminə bir tur qalmış birinci pilləni təmin edib. IV turun son oyununda "Neftçi" "Şərurspor"u məğlubiyyətə uğradıb - 3:2. Bununla da xallarını 10-a çatdıran "ağ-qaralar" yarışın bitiminə bir tur qalmış ən yaxın izləyicisi AZAL-ı 4 xal üstələyib. "Şərurspor" isə 3 oyundan 1 xalla 4-cü pillədə qalıb. 

CBC Sport Kuboku, IV tur

13:00. "Neftçi" - "Şərurspor" - 3:2

Qol: Ruslan Qurbanov, 10. Mirabdulla Abbasov, 42; 76 - Rəhman Musayev, 64; 79

"Bayıl Arena"

Xal durumu: "Neftçi" - 10, AZAL - 6, "Neftçala" - 3, "Şərurspor" - 1, MOİK - 1.

Son xəbərlər

Orphus sistemi