"Neftçi" "Bakcell Arena"da muzey və fan-şop açacaq

"Neftçi" "Bakcell Arena"da muzey və fan-şop açacaq Klubun Müşahidə Şurasının iclası keçirilib
Futbol
3 Sentyabr , 2015 14:25
Neftçi Bakcell Arenada muzey və fan-şop açacaq

Bakı. 3 sentyabr. REPORT.AZ/ Sentyabrın 3-də "Neftçi" futbol klubunun Müşahidə Şurasının iclası keçirilib. "Report"un məlumatına görə, iclasda 5 məsələyə dair qərar qəbul olunub. 

İlk olaraq, klubun büdcəsi müzakirə olunaraq təsdiqlənib. “Neftçi” üzvlük kartları ilə bağlı layihə yüksək qiymətləndirilib və layihənin daha da genişlənməsi ilə bağlı qərar qəbul edilib. İcraçı direktor Elnur Məmmədov və idman direktoru Vəli Qasımovun Cənubi Amerikaya rəsmi işgüzar səfəri ilə bağlı hesabat təqdim edilib. Səfər çərçivəsində Braziliyanın “Fluminense” klubu ilə əməkdaşlığın gedişatı yüksək qiymətləndirilib və əməkdaşlığın iqtisadi baxımdan səmərəli olduğu vurğulanıb. Əməkdaşlığın davamı olaraq “Fluminense” klubunun nümayəndələrinin yaxın zamanda ölkəmizə səfər edəcəyi ilə bağlı hazırlıq tədbirlərinin görülməsi ilə əlaqədar qərar qəbul edilib. 

İclasda “Neftçi”nin “Bakcell Arena”da muzey və fan-şop layihələrinin icrası da məqsədəuyğun sayılıb. 

Son xəbərlər

Orphus sistemi