​"Neftçi" Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırıb

​"Neftçi" Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırıb Bakı klubu Makedoniyada yerli "Şkendiya"ya məğlub olub
Futbol
21 İyul , 2016 23:52
​Neftçi Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırıb

Bakı. 21 iyul. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində ikinci günün cavab görüşləri keçirilib.

"Report" xəbər verir ki, Bakının "Neftçi" klubu Makedoniyada yerli "Şkendiya"nın qonağı olub.

Azərbaycan klubuna növbəti mərhələyə adlamaq üçün istənilən hesablı qollu heç-heçə sərf etdiyi halda, o, bunun öhdəsindən gələ bilməyib. Oyun 1:0 hesabı ilə rəqib komandanın xeyirinə başa çatıb. Matçda yeganə qolu 31-ci dəqiqədə "Şkendiya"nın futbolçusu Besart Ibraimi vurub. 71-ci dəqiqədə "Neftçi" meydanda azlıqda qalıb. Vance Şikov qırmızı vərəqə görüb və beləliklə Bakı klubu Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırıb.

Qeyd edək ki, oyun zamanı insident yaşanıb. "Report"un oyunu canlı izləyən əməkdaşının məlumatına görə, 71-ci dəqiqədə "Neftçi"nin futbolçusu Vançe Şikov ikinci sarı vərəqə alaraq, meydandan qovulub. Referi onun kobudluq etdiyi qənaətinə gəlib. Lakin Şikov həmin epizoddan sonra zədələnərək, yerdə qalıb. Baş hakimin qərarı mübahisələrə səbəb olub. İki komandanın futbolçuları ilə yanaşı, insidentə ehtiyat oyunçular skamyası da qoşulub. Bu zaman məşqçi Dmitri Kramarenko ilə "Şkendiya"nın məşqçisi arasında söz savaşı başlayıb. Lakin mübahisənin böyüməsinə imkan verilməyib.

İnsident səbəbindən hakim oyunun əsas vaxtına 6 dəqiqə əlavə edib

Son xəbərlər

Orphus sistemi