​"Neftçi" qış fasiləsində 6 yoxlama oyunu keçirəcək

​"Neftçi" qış fasiləsində 6 yoxlama oyunu keçirəcək Qarşılaşmalar Türkiyə təlim-məşq toplanışı çərçivəsində nəzərdə tutulub
Futbol
24 Dekabr , 2014 05:51
​Neftçi qış fasiləsində 6 yoxlama oyunu keçirəcək
Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanın “Neftçi” futbol klubu qış fasiləsi zamanı 6 yoxlama oyunu keçirməyi planlaşdırır.

"Report" klubun rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, oyunlar komandanın keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində nəzərdə tutulub.

Yanvarın 6-da Bakıda bir araya gələcək komandamız hazırlığı ayın 11-dək burada davam etdirəcək.

Yanvarın 11-də isə “Neftçi” təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Antalya şəhərinə yollanacaq. Yoxlama oyunlarının məhz orada keçirilməsi planlaşdırılır. Antalya toplanışı ayın 24-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi