"Neftçi" 3 futbolçusunu əsas heyətdən kənarlaşdırıb

"Neftçi" 3 futbolçusunu əsas heyətdən kənarlaşdırıb "İnter"ə böyük hesablı məğlubiyyətdən sonra Rauf Əliyev, Mirhüseyin Seyidov və Elvin Yunuszadə transferə çıxarılılıb
Futbol
9 May , 2015 01:03
Neftçi 3 futbolçusunu əsas heyətdən kənarlaşdırıb

Bakı. 9 May. REPORT.AZ/ Topaz Premyer liqasının 33-cü turu çərçivəsində “İnter”ə 0:4 hesablı məğlubiyyətlə bitən oyundan sonra “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi ilə klubun bazasında təcili toplantı keçirlib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, toplantıda şura üzvləri Cəbrayıl Cəbrayılov, Mübariz Zeynalov, Səməd Qurbanov, Zaur Qəhrəmanov eləcə də icraçı direktor Elnur Məmmədov, icraçı direktorun müavini Mübariz Xudiyev, komandanın baş məşqçisi Arif Əsədov və idman direktoru Vəli Qasımov da iştirak edib.

Ümumi müzakirələrdən sonra son turlarda komandanın sərgilədiyi oyunlar nəzərə alınaraq, futbolçular – Rauf Əliyev, Mirhüseyin Seyidov və Elvin Yunuszadənin əvəzedici komandaya göndərilməklə transferə çıxarılmasına qərar verilib.

Komandanın əcnəbi futbolçularının müqaviləsinin uzadılıb-uzadılmayacağına isə son oyunların nəticələrinə əsasən qərar veriləcək. Toplantıdan sonra komanda ilə görüş keçirilib və qərarlar futbolçulara elan olunub.

Son xəbərlər

Orphus sistemi