​Nazim Süleymanov məşqçilərlə görüşüb

​Nazim Süleymanov məşqçilərlə görüşüb Görüş AFFA-nın inzibati binasında baş tutub
Futbol
1 May , 2015 19:16
​Nazim Süleymanov məşqçilərlə görüşüb

Bakı. 1 may. REPORT.AZ/ 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Nazim Süleymanov bir sıra görüşlər keçirib. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmanın çalışdırıcısı “Qarabağ”, “Bakı”, “Sumqayıt”, “İnter” və AZAL klublarının əvəzedici komandasının baş məşqçiləri ilə müzakirələr aparıb.

Görüşdə Aftandil Hacıyev, Məqsəd Yaqubəliyev, Samir Abbasov, Rüstəm Əliyev və Elnur Zeynalov iştirak edib. Bu komandalardan U-19-a dəvət olunmaq ehtimalı olan futbolçular barədə ətraflı fikir mübadiləsi aparıblar.

Görüş AFFA-nın inzibati binasında baş tutub.

Son xəbərlər

Orphus sistemi