Müğənni Röya Ayxan Avropa çempionatının təbliği məqsədilə orta məktəb şagirdləri ilə görüşüb

Müğənni Röya Ayxan Avropa çempionatının təbliği məqsədilə orta məktəb şagirdləri ilə görüşüb O, şagirdlərlə çempionat barədə danışıb, onlara avtoqraf verib
Futbol
13 Aprel , 2016 17:20
Müğənni Röya Ayxan Avropa çempionatının təbliği məqsədilə orta məktəb şagirdləri ilə görüşüb

Bakı. 13 aprel. REPORT.AZ/ 17 yaşadək futbolçular arasında Avropa çempionatının təbliği məqsədilə turnirin Yerli Təşkilat Komitəsinin (YTK) əməkdaşları Bakı şəhərində yerləşən məktəblərdə görüşlər keçirir. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün çempionatın səfiri, əməkdar artist Röya Ayxan YTK üzvləri ilə birgə Xətai rayonundakı 55 və 202 saylı orta məktəblərdə olub. 

Müğənni şagirdlərlə çempionat barədə danışıb, onlara avtoqraf verib.

Qeyd edək ki, Avropa çempionatı 5-21 mayda Bakıda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi