​Mourinyo Şvaynştayqerlə yanaşı "MY"nin 8 futbolçusunu gənclər komandasına göndərib

​Mourinyo Şvaynştayqerlə yanaşı "MY"nin 8 futbolçusunu gənclər komandasına göndərib Sözügedən futbolçular gənclər heyətində məşq edəcəklər
Futbol
29 İyul , 2016 08:06
​Mourinyo Şvaynştayqerlə yanaşı MYnin 8 futbolçusunu gənclər komandasına göndərib

Bakı. 29 iyul. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubunun yeni baş məşqçisi Joze Mourinyo alman yarımmüdafiəçi Bastian Şvaynştayqeri gənclər komandası ilə məşq etməyə göndərib.

"Report" xəbər verir ki, bu barədə "Mirror" qəzeti yazıb.

Portuqaliyalı mütəxəssis gənclər heyətinə əsas komandanın ümumilikdə 9 futbolçusunu yollayıb. Şvaynştayqerlə yanaşı siyahıda müdafiəçilər Tim Fosu-Mensa, Peddi Makneyr, Tayler Blekett və Kemeron Bortvik-Cekson, yarımmüdafiəçilər Andreas Pereyra və Adnan Yanuzay, hücumçular Uill Kin və Ceyms Uilsonun adı var.

Son xəbərlər

Orphus sistemi