​Mourinyo Poqbanın "Mançester Yunayted"ə keçdiyini təsdiq edib

​Mourinyo Poqbanın "Mançester Yunayted"ə keçdiyini təsdiq edib "Nəhayət ki, biz onu aldıq"
Futbol
7 Avqust , 2016 22:47
​Mourinyo Poqbanın Mançester Yunaytedə keçdiyini təsdiq edib

Bakı. 7 avqust. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" futbol klubunun baş məşqçisi Joze Mourinyo "Yuventus"un yarımmüdafiəçisi Pol Poqbanın komandaya transfer edildiyini təsdiq edib.

"Report" xəbər verir ki, məşqçinin sözlərini İngiltərə klubunun "Twitter" sosial şəbəkəsindəki səhifəsi sitat gətirib.

"Bu təəccüblüdür ki, belə yaxşı futbolçu komandamızın bir hissəsinə çevrildi, nəhayət ki, biz onu aldıq", - deyə o bildirib.

Futbolçu ilə klub arasında müqavilənin imzalanmasına dair rəsmi məlumat hələ yoxdur. Gələcək sövdələşmənin detalları da açıqlanmır.

Son xəbərlər

Orphus sistemi