​Monteneqro-Rusiya futbol matçı birdəfəlik dayandırılıb

​Monteneqro-Rusiya futbol matçı birdəfəlik dayandırılıb Avro-2016-nın seçmə oyunu qarşıdurmaya görə davam etdirilməyəcək
Futbol
28 Mart , 2015 02:46
​Monteneqro-Rusiya futbol matçı birdəfəlik dayandırılıb

Bakı. 28 mart. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatı - 2016-nın seçmə oyunu çərçivəsində keçirilən Monteneqro-Rusiya matçı 0:0 ikən təkrarən dayandırılıb.

"Report" xəbər verir ki, 66-cı dəqiqədə rusiyalı futbolçu Roman Şirokovun penaltidən yararlana bilməməsindən sonra meydanda oyunçular arasında qarşıdurma yaranıb.

Oyunun hakimlər briqadası komandaların stadionu tərk etməsinə qərar verib.

Qeyd edək ki, oyun birinci dəqiqədə azarkeşlərin atdığı məşəlin rusiyalı qapıçı İqor Akinfeyevin başına düşməsi səbəbindən bir dəfə dayandırılmışdı. Qapıçının xəstəxanaya yerləşdirilməsindən sonra matç bərpa olunmuşdu.

Bu dəfə isə oyun artıq davam etdirilməyəcək.

Son xəbərlər

Orphus sistemi