​Monteneqro millisinin baş məşqçisi Rusiyadan üzr istəyib

​Monteneqro millisinin baş məşqçisi Rusiyadan üzr istəyib "Həqiqətən, nə deyəcəyimi bilmirəm"
Futbol
29 Mart , 2015 10:26
​Monteneqro millisinin baş məşqçisi Rusiyadan üzr istəyib

Bakı. 29 mart. REPORT.AZ/ Futbol üzrə Monteneqro yığmasının baş məşqçisi Branko Brnoviç Rusiya millisindən üzr istəyib. "Report"un məlumatına görə, o, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən qarşılaşma zamanı baş verən hadisədən təəssüfləndiyini bildirib.

Seçmə qrup mərhələsinin V turunda keçirilən Monteneqro - Rusiya oyununun birinci dəqiqəsində yerli azarkeşin meydana atdığı priotexniki vasitə rəqib qapıçı İqor Akinfeyevin başına tuş gəlib. Xəsarət alan çərçivə qoruyucusu hadisədən sonra xəstəxanaya yerləşdirilmişdi.

"Baş məşqçi, futbolçu və ümumilikdə Rusiya kollektivindən üzr istəyirəm. Həqiqətən nə deyəcəyimi bilmirəm. Azarkeşlər bizə Avropada dəstək verirdi. İndi isə boş tribunalar qarşısında oynamalı olacağıq", - B.Brnoviç deyib.

Qeyd edək ki, oyunun 67-ci dəqiqəsində Roman Şirokovun penaltini yerinə yetirə bilməməsindən sonra meydana yenidən yad əşyaların atılması matçda fasilə yaranmasına səbəb olub. Bu dəfə baş hakim komandaları paltardəyişmə otağına göndərib və oyun birdəfəlik dayandırılıb.

Son xəbərlər

Orphus sistemi