Bakı. 23 dekabr. REPORT.AZ/ Futbol üzrə Moldova yığmasının yeni baş məşqçisinin adı açıqlanıb. "Report"un Moldova mətbuatına istinadən verdiyi məlumata görə, bu, Rusiya millisinin sabiq futbolçusu İqor Dobrovolskidir.
48 yaşlı mütəxəssis bu gün Moldova Futbol Federasiyası rəsmiləri ilə görüş keçirəcək. Bu görüşdə müqavilənin bütün şərtləri müəyyənləşəcək.
Qeyd edək ki, rusiyalı mütəxəssis 2007-2009-cu illərdə də Moldova yığmasında çalışıb. Onun rəhbərliyi altında komanda AÇ-2016-nın seçmə qrup mərhələsində 12 xal qazanıb.