​Moldova yığmasının baş məşqçisi: "Bizim idmana investisiya qoymaq üçün sizin qədər pulumuz yoxdur"

​Moldova yığmasının baş məşqçisi: "Bizim idmana investisiya qoymaq üçün sizin qədər pulumuz yoxdur" "Azərbaycan futbolu inkişaf edir"
Futbol
17 Noyabr , 2015 23:24
​Moldova yığmasının baş məşqçisi: Bizim idmana investisiya qoymaq üçün sizin qədər pulumuz yoxdur

Bakı. 17 noyabr. REPORT.AZ/ "Çox yaxşı oyun alındı. Bizim üçün yaratdığı şəraitə görə AFFA-ya minnətdarıq".

"Report"un məlumatına görə, bunu futbol üzrə Moldova millisinin baş məşqçisi Stefan Stoyka deyib.

Təcrübəli mütəxəssis Azərbaycan yığması ilə keçirilmiş yoldaşlıq görüşü haqda bunları bildirib:

"Rəqib yaxşı oynadı. Bu qarşılaşma mənim üçün çox yaxşı oldu. Sözsüz ki, Azərbaycan futbolu inkişaf edir. Çünki idmana investisiya qoyulur. Bizim idmana investisiya qoymaq üçün sizin qədər pulumuz yoxdur".

Baş məşqçi Moldova futbolunda olan eniş haqda fikirlərini dilə gətirib:

"Son vaxtlar az xal yığırıq. Bu görüşdə isə 5 əsas oyunçumuz yox idi. Onlar Rusiya, Türkiyə çempionatlarında oynayırlar. Buna görə də biz əsas gənc futbolçuları heyətə cəlb etmişik".

Qeyd edək ki, Azərbaycan - Moldova oyunu 2:1 hesabı ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi