​Mişel Platini FİFA prezidentliyinə namizədliyini geri götürüb

​Mişel Platini FİFA prezidentliyinə namizədliyini geri götürüb O bütün diqqətini ittihamlarla mübarizəyə yönəltmək istədiyini bildirib
Futbol
8 Yanvar , 2016 01:29
​Mişel Platini FİFA prezidentliyinə namizədliyini geri götürüb

Bakı. 8 yanvar. REPORT.AZ/ İstənilən futbol fəaliyyətindən 8 il müddətinə kənarlaşdırılmış sabiq UEFA rəhbəri Mişel Platini FİFA prezidenti seçkisinə namizədliyini geri götürüb.

"Report"un məlumatına görə, fransalı funksioner "L Equipe" nəşrinə açıqlamasında bütün diqqətini ittihamlarla mübarizəyə yönəltmək istədiyini bildirib.

"Blatter gedəndə məni 100 milli federasiya dəstəklədi, 50-sindən isə rəsmi məktub aldım. İndi mən başqa şey haqda düşünməliyəm. Tezliklə Beynəlxalq İdman Arbitraj Məhkəməsində və Domeniko Skalanın rəhbərliyi altında komissiyada araşdırma aparılacaq", - deyə o bildirib.

Platini 2011-ci ildə qeyri-qanuni olaraq 2 milyon İsveçrə frankı almaqda şübhəli bilinir. Köçürməni FİFA-nın sabiq prezidenti Yozef Blatter edib. Blatter də futbolla bağlı bütün fəaliyyətlərdən kənarlaşdırılıb. Hər iki məmur qərardan İdman Arbitraj Məhkəməsinə şikayət edəcəklərini açıqlayıb.

Qeyd edək ki, FİFA prezidenti seçkisi fevralın 26-da İsveçrənin Sürix şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi