Millimiz Qazaxıstana uduzdu - FOTO

Millimiz Qazaxıstana uduzdu - FOTO Yeganə topu 8-ci dəqiqədə Maksat Baycanov vurub
Futbol
26 Mart , 2016 21:34
Millimiz Qazaxıstana uduzdu - FOTO

Antalya. 26 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan milli komandası 2016-cı ildə ilk yoldaşlıq görüşünə çıxıb. "Report"un oyuna ezam olunmuş əməkdaşının məlumatına görə, rəqib Qazaxıstan yığması olub.

Hər iki komandanın Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində gerçəkləşmiş qarşılaşma millimizin məğlubiyyəti ilə yekunlaşıb. Yeganə topu 8-ci dəqiqədə künc zərbəsindən başlanan hücumun yekununda Maksat Baycanov vurub.

Baş məşqçi Robert Prosineçki start heyətində Kamran Ağayev, Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov (kapitan), Arif Daşdəmirov, Qara Qarayev, Araz Abdullayev, Dmitri Nazarov, Əfran İsmayılov, Ağabala Ramazanov və Ruslan Qurbanova şans verib. İkinci hissədə o, Medvedevi Məhəmməd Mirzəbəyovla, Sadıqovu Tərlan Quliyevlə, Qarayevi Ruslan Abışovla, Abdullayevi Elvin Məmmədovla, İsmayılovu Namiq Ələsgərovla, Ramazanovu isə Cavid Tağıyevlə əvəzləyib. Lakin əvəzetmələr və yaradılan bir neçə təhlükəli vəziyyətdən yararlanmaq mümkün olmayıb.

Qeyd edək ki, FİFA-nın son reytinq siyahısında Azərbaycan 300 xalla 112-ci, Qazaxıstan 276 xalla 125-ci pillədə qərarlaşıb. Bu, iki komanda arasında 9-cu qarşılaşma olub. Əvvəlki 8 görüşdə tərəflər hərəyə 2 qələbə qazanmış, 4 matçda qalib müəyyənləşməmişdi. Topların nisbəti də bərabər idi - 12:12. Bugünkü nəticədən sonra balans Qazaxıstan millisinin xeyrinə dəyişib.

Digər tərəfdən, oyuna baş məşqçisiz çıxan rəqib 4 məşqçinin birgə işi sayəsində qələbəyə nail olub.

Son xəbərlər

Orphus sistemi