Milli komandanın Norveçlə oyun üçün heyəti açıqlanıb

Milli komandanın Norveçlə oyun üçün heyəti açıqlanıb Ümumilikdə 25 futbolçu dəvət edilib
Futbol
22 May , 2015 16:10
Milli komandanın Norveçlə oyun üçün heyəti açıqlanıb

Bakı. 22 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, dəvət olunan futbolçular Avstriyada Serbiya yığması ilə keçiriləcək yoldaşlıq oyununda və Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Oslo şəhərində Norveçlə qarşılaşmada meydana çıxacaqlar. 

Ümumilikdə 25 futbolçu yığmaya dəvət alıb. Baş məşqçi Robert Prosineçki digər klublarla müqayisədə "Qarabağ"ın futbolçularına daha çox üstünlük verib. Ağdam təmsilçisinin 6 üzvü milliyə dəvət alıb. Eyni sayda futbolçu isə legioner həyatı yaşayanlardır.

Baş məşqçinin millinin düşərgəsinə dəvət etdiyi oyunçular bunlardır: 

Kamran Ağayev – “Kayserispor” (Türkiyə)

Aqil Məmmədov – “Neftçi”

Emil Balayev – “Ayntraxt" (Almaniya)

Maksim Medvedev – “Qarabağ”

Bədavi Hüseynov – “Qarabağ”

Rəşad Sadıqov – “Qarabağ”

Maqomed Mirzəbəyov – “İnter”

Arif Daşdəmirov – “İnter”

Ruslan Abışov – “Qəbələ”

Pavel Paşayev – “Metallurq Zaporojye” (Ukrayna)

Qara Qarayev – “Qarabağ”

Cavid Tağıyev – “Qarabağ”

Elvin Camalov – “Qəbələ”

Cavid Hüseynov – “Qəbələ”

Coşqun Diniyev – “İnter”

Elvin Məmmədov – “İnter”

Əfran İsmayılov – “İnter”

Dmitriy Nazarov – “Karlsrue" (Almaniya)

Tuğrul Erat – “Fortuna” (Almaniya)

Ruslan Qurbanov – “Hayduk” (Xorvatiya)

Araz Abdullayev – “Neftçi”

Rahid Əmirquliyev – “Xəzər Lənkəran”

Elnur Cəfərov – “Xəzər Lənkəran”

Vüqar Nadirov – “Qarabağ”

Maqomed Qurbanov – “Sumqayıt”

Qeyd edək ki, Serbiya ilə oyun iyunun 7-də Avstriyada, Norveçlə qarşılaşma isə ayın 12-si Osloda baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi