Bakı. 19 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Masazır qəsəbəsində yerləşən "Əlincə Arena"ya gəlib.
"Report"un məlumatına görə, xorvatiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının V turunda keçirilən "Qarabağ" - "Zirə" oyununu izləyir.
R.Prosineçki ilə yanaşı, millinin məşqçisi Mahmud Qurbanov və digər köməkçiləri də arenadadır.
Qeyd edək ki, hazırda oyunda hesab açılmayıb.