Milli komandanın Almaniya və Avstriya ilə oyun üçün heyəti açıqlanıb

Milli komandanın Almaniya və Avstriya ilə oyun üçün heyəti açıqlanıb 6 futbolçu düşərgəyə gec qoşulacaq
Futbol
24 Avqust , 2015 14:38
Milli komandanın Almaniya və Avstriya ilə oyun üçün heyəti açıqlanıb

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının Avropa çempionatının 2 oyunu üçün heyəti açıqlanıb. "Report"un məlumatına görə, Avstriya və Almaniya yığmaları ilə oyuna hazırlıq məqsədilə keçiriləcək təlim-məşq toplanışına 24 futbolçu cəlb olunub.

Hazırlıq prosesi avqustun 26-dan sentyabrın 9-dək Bakıda olacaq.

Milli komanda sentyabrın 4-də Avstriya, 8-də isə Almaniya yığmasına qarşı mübarizə aparacaq. Hər iki oyun "Dalğa Arena"da keçiriləcək.

Baş məşqçi Yaşar Vahabzadə təlim məşq toplanışına aşağıdakı futbolçuları çağırıb: 

Elşən Abdullayev - "Neftçi"

Fəhmin Muradbəyli - "Neftçi"

Elvin Bədəlov - "Neftçi"

Məqsəd İsayev - "Neftçi"

Şahrudin Maqomedaliyev - "Sumqayıt"

Cəmil Hacıyev - "Sumqayıt"

Tərlan Əhmədli - "Sumqayıt"

Orxan Əliyev - "Xəzər Lənkaran"

İlyas Səfərzadə - "Xəzər Lənkaran"

Azər Salahlı - "Qarabağ"

Vüqar Mustafayev - "Qarabağ"

Rəşad Əzizli - "Rəvan"

Nicat Muxtarov - "Rəvan"

Tellur Mütəllimov - "Zirə"

Adil Nağıyev - "Zirə"

Budaq Nəsirov - "Kəpəz"

Azad Kərimov - "Kəpəz"

Tural Hümbətov - AZAL

Elmin İsmayılov - "Şəmkir"

Rüstəm Rüstəmli - "Bakı"

Dmitri Nağıyev - "Dnepr" (Ukrayna)

Bilal Sezer - "Borussiya" (Münhenqladbax, Almaniya)

Kerem Behnke - "TSG Neustrelitz" (Almaniya)

Taşkın İlter - "TSG Neustrelitz" (Almaniya)

Qeyd edək ki, Azər Salahlı və Vüqar Mustafayev toplanışa avqustun 28-də, Dmitri Nağıyev avqustun 30-da, Bilal Sezer, Kerem Behnke və Taşkın İlter isə avqustun 31-də qoşulacaq.

Son xəbərlər

Orphus sistemi