​"Milan"ın sabiq futbolçusu Qazaxıstan yığmasına baş məşqçi təyin oluna bilər

​"Milan"ın sabiq futbolçusu Qazaxıstan yığmasına baş məşqçi təyin oluna bilər Yayda tərəflər danışıqlara başlayacaq
Futbol
23 Aprel , 2016 11:57
​Milanın sabiq futbolçusu Qazaxıstan yığmasına baş məşqçi təyin oluna bilər

Bakı. 23 aprel. REPORT.AZ/ Futbol üzrə Qazaxıstan milli komandası "Milan" klubunun sabiq futbolçu Cennaro Qattuzoya həvalə oluna bilər.

"Report"un "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, hazırda İtaliyanın 3-cü liqasında çıxış edən "Piza"nın baş məşqçi olan C.Qattuzo mövsüm sonunda Qazaxıstan Futbol Federasiyasının nümayəndələri ilə danışıqlar aparacaq.

Tərəflər razılığa gələrsə, C.Qattuzo baş məşqçilik karyerasını Qazaxıstanda davam etdirəcək.

Qeyd edək ki, Qazaxıstan Futbol Federasiyası rusiyalı Yuriy Krasnojanla ötən ilin dekabrında yolları ayırıb. Hazırda yığmanın baş məşqçisi vəzifəsini Talqat Baysufinov və Nurken Mazbayev həyata keçirir.

Son xəbərlər

Orphus sistemi