​"Milan" klubunun baş məşqçisi istefa verib

​"Milan" klubunun baş məşqçisi istefa verib İnzaqinin başçılığı ilə "Milan" 33 oyunda 10 dəfə qələbə qazanıb
Futbol
30 Aprel , 2015 11:55
​Milan klubunun baş məşqçisi istefa verib

Bakı. 30 aprel. REPORT.AZ/ İtaliyanın "Milan" futbol klubunun baş məşqçisi Filipo İnzaqi istefa verib. "Report"un "Gazetta.it"ə istinadən verdiyi məlumata görə, 42 yaşlı mütəxəssis A Seriyasının XXXIII turunda doğma meydanda "Cenoa"ya 1:3 hesablı məğlubiyyətdən sonra bu addımı atıb.

Oyundan sonra keçirilən mətbuat konfransında İnzaqi komandadan istefa verdiyini bildirib. O, bildirib ki, istefa ilə bağlı son qərarı klub rəhbərliyi verəcək. Müvəqqəti olaraq komandanı Plesso Broççi çalışdıracaq.

Qeyd edək ki, Filipo İnzaqinin başçılığı ilə cari mövsümdə 33 matç keçirən "Milan" 10 oyunda meydanı məğlub tərk edib. 11 oyunda bərabərlik, 12 oyunda isə qələbə qeydə alınıb.

İngilis versiyası Milans head coach resigns

Son xəbərlər

Orphus sistemi