​"Milan"ın səhmlərinin yarısı tailandlı iş adamına satılacaq

​"Milan"ın səhmlərinin yarısı tailandlı iş adamına satılacaq Tərəflər son 5 ayda 4 dəfə görüşüblər
Futbol
6 İyun , 2015 12:15
​Milanın səhmlərinin yarısı tailandlı iş adamına satılacaq

Bakı. 6 iyun. REPORT.AZ/ İtaliyanın "Milan" klubunun səhmlərinin 47%-i tailandlı biznesmen Bi Taeçaubolaya satılacaq. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq B.Taeçaubola və klubun hazırkı rəhbəri Silvio Berluskoni arasında razılıq əldə edilib.

Son 5 ayda 4 dəfə görüşən tərəflər məsələdə ortaq məxrəcə gəliblər. 18 ay ərzində səhmlərin yarıdan çoxu Berluskoninin ixtiyarında olacaq və bu müddətdən sonra tailandlı iş adamına veriləcək. Hələlik bunun üçün nə qədər pul ödənildiyi açıqlanmır. Lakin ABŞ-da dərc olunan "Forbes" jurnalının hesablamalarına görə, "Milan"ın ümumi dəyəri 700 milyon avrodur.

Qeyd edək ki, "Milan" klubunun bütün səhmləri 1986-cı ildən S.Berluskoninin sahibi olduğu "Fininvest Holding Group"a məxsusdur. 

Son xəbərlər

Orphus sistemi