Messi Raulun rekorduna şərik olub

Messi Raulun rekorduna şərik olub Argentina milli komandasının forvardı Ronaldonu keçib, Raulun rekorduna şərik oldu
Futbol
6 Noyabr , 2014 02:41

Bakı. 6 noyabr. REPORT.AZ/  Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Ayaks”la görüşdə iki cavabsız topa imza atan “Barselona”nın futbolçusu Lionel Messi bu turnir çərçivəsində attığı qollarının sayını 71-ə çatdırıb və beləlilklə “Real”ın əfsanəvi hücumçusu Raul Qonzaleslə birgə ilk pillədə qərarlaşıb.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, Argentina milli komandasının forvardı oyunun 36-cı dəqiqəsində meydan sahiblərini cəzalandıraraq Kriştianu Ronaldoya 70 qolla şərik olub. Daha sonra bir dəfə fərqlənən Messi qolların sayını 71-ə çatdırıb.

Son xəbərlər

Orphus sistemi