Messi nəhəng robot-qapıçını məğlub edib - VİDEO

Messi nəhəng robot-qapıçını məğlub edib - VİDEO Argentinalı hücumçu hər 3 cəhdindən yararlanıb
Futbol
2 May , 2016 12:59
Messi nəhəng robot-qapıçını məğlub edib - VİDEO

Bakı. 2 may. REPORT.AZ/ İspaniya "Barselona"sının futbolçusu Lionel Messi Yaponiya teleşousunda iştirak edib. "Report"un məlumatına görə, argentinalı hücumçunun veriliş zamanı robotun qoruduğu qapıya zərbə endirməsi lazım gəlib. 

Qapıçı-robot qapının demək olar ki, bütün sahəsini tutub və nəhəng əlləri ilə hərəkət edib. Messi hər 3 cəhdindən yararlanaraq, tapşırığının öhdəsindən gəlib.

Qeyd edək ki, bu mövsüm Lionel Messi "Barselona"nın heyətində 30 oyuna 25 qol vurub. O, yeganə 5 qat (2009, 2010, 2011, 2012, 2015) "Qızıl top" sahibi sayılır. 

Son xəbərlər

Orphus sistemi