​Messi ikinci dəfə ata olub

​Messi ikinci dəfə ata olub Futbolçu bu səbəbdən məşqlərə qatılmayıb
Futbol
11 Sentyabr , 2015 17:27
​Messi ikinci dəfə ata olub

Bakı. 11 sentyabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun və Argentina milli komandasının futbolçusu Lionel Messi ikinci dəfə ata olub. "Report"un məlumatına görə, bu gün həyat yoldaşı Antonella 28 yaşlı hücumçu üçün daha bir oğul dünyaya gətirib.

Messinin ilk oğlu Tiaqo 2012-ci ilin noyabrında doğulub. Sevindirici olayla əlaqədar "Barselona"nın baş məşqçisi Luis Enrike məşhur futbolçunu bugünkü hazırlıq prosesindən azad edib.

Qeyd edək ki, bu həftə Lionel Messi "Barselona"da bir məşq belə keçirməyib. O, Argentina millisinin oyunundan sonra İspaniyaya yenicə qayıdıb. Lakin Messi sabah "Barsa"nın heyətində "Atletiko" ilə oyun üçün Madridə yollanacaq və meydana çıxa biləcək.

Son xəbərlər

Orphus sistemi